Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB

Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB Bakı. 17 sentyabr. REPORT.AZ/ Soçi şəhərində Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasındakı görüş 4,5 saat davam edib.
Region
221
17 Sentyabr , 2018 20:48
Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB
Reuters
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Soçi şəhərində Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasındakı görüş 4,5 saat davam edib. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, görüş məhdud tərkibdə başladıqdan sonra işçi naharında geniş tərkibdə davam edib. 

V.Putin keçirilən danışıqları məzmunlu və konstruktiv olaraq səciyyələndirib.


*** 15:46

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında Soçidə görüş başlayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, dövlət başçıları Suriyadakı, xüsusi ilə İdlibdəki vəziyyəti müzakirə edəcəklər.

Görüşdə İdlibdəki müşahidə məntəqələrinin gücləndirilməsi, qanunsuz qruplaşmaların tərk-silah edilmələri və başqa bu kimi məsələlərin müzakirə ediləcəyi ehtimal olunur.

Rəcəb Tayyib Ərdoğan Azərbaycandan ölkəsinə dönərkən təyyarənin göyərtəsində jurnalistlərə bildirib ki, Türkiyənin İdlibdə 12, Rusiyanın 10, İranın isə az sayda müşahidə məntəqəsi var. 

Son xəbərlər

Orphus sistemi