Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında teıefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti administrasiyası məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı ikitərəfli əlaqələr, o cümlədən iqtisadi, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq, habelə regional məsələlər müzakirə edilib.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-İran əlaqələrinin gücləndirilməsinə dair iradəni müdafiə etdiyini bildirib. O, ABŞ-ın yeni rəhbərliyinin İrana qarşı birtərəfli sanksiyalarının aradan qaldırılması ilə bağlı istəyini ifadə edərək, son günlər bu mövzuya dair açıqlamaların problemin həlli üçün yeni imkanlar yaratdığını bildirib. Qeyd olunub ki, Hərtərəfli Birgə Fəaliyyət Planının yenidən fəaliyyətə başlaması nöqtəsində bütün tərəflərin görüşləri ən doğru yoldur.