Türkiyədə COVID-19 səbəbindən bəzi yerli və beynəlxalq tədbirlər ertələnib

Türkiyədə COVID-19 səbəbindən bəzi yerli və beynəlxalq tədbirlər ertələnib Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər sistemli şəkildə həyata keçirilir.
Region
7 May , 2021 06:56
Türkiyədə COVID-19 səbəbindən bəzi yerli və beynəlxalq tədbirlər ertələnib

Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər sistemli şəkildə həyata keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində aprelin 29-dan yerli vaxtla saat 19:00-da qüvvəyə minən növbəti “Evdə qal” rejimi tam qapanma şəraitində davam edir.

Ölkə üzrə yalnız xüsusi icazəsi olan satış mərkəzləri yerli vaxtla saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Strateji əhəmiyyətli istehsal yerlərinin fəaliyyəti xüsusi icazə ilə tənzimlənir.

Dünyanın ən böyük meqapolislərindən olan İstanbulda gündəlik 1 milyondan artıq sərnişin daşıyan metrobüslər, tramvaylar və metrolarda əvvəlki sıxlıqdan əsər-əlamət yoxdur, şəhərin bütün küçə və prospektləri isə tamamilə boşalıb. Bununla da Türkiyədə gündəlik yoluxma sayının azaldılması qarşıya məqsəd qoyulub.

Qeyd edək ki, tam qapanma tədbirləri çərçivəsində bu ay keçirilməsi nəzərdə tutulan bir çox yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin vaxtı dəyişdirilərək ertələnib.

Son xəbərlər

Orphus sistemi