Türkiyə terrorçu PKK-nın Suriyadakı qolunun mövqelərini bombalayıb

Türkiyə terrorçu PKK-nın Suriyadakı qolunun mövqelərini bombalayıb Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalından terrorçu PKK qruplaşmasının PYD adlı qolunun təcavüzkar atəşinə qanuni yolla cavab verib.
Region
18 Yanvar , 2018 13:25
Türkiyə terrorçu PKK-nın Suriyadakı qolunun mövqelərini bombalayıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalından terrorçu PKK qruplaşmasının PYD adlı qolunun təcavüzkar atəşinə qanuni yolla cavab verib.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti yayıb.

Terrorçular Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay əyaləti ərazisinə atəş açıblar. Türkiyə hərbçiləri top atəşi ilə terrorçuların mövqeyini vurub.

Qeyd edək ki, ABŞ bir müddət əvvəl terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD-dən formalaşan "Suriya Demokratik Qüvvələri”nin silahlıları əsasında 30 minlik “sərhəd təhlükəsizlik qoşunu” yaratmaq niyyətində olduğunu bildirib. ABŞ-ın mümkün addımına qarşı Türkiyə bölgəyə hərbi texnika və qüvvə cəlb edib. 

Son xəbərlər

Orphus sistemi