Türkiyə Suriyada təhlükəsizlik zonalarının genişləndirilməsini müzakirə edir

Türkiyə Suriyada təhlükəsizlik zonalarının genişləndirilməsini müzakirə edir Türkiyə Suriyada təhlükəsizlik zonalarının genişləndirilməsini müzakirə edir
Region
26 May , 2022 21:04
Türkiyə Suriyada təhlükəsizlik zonalarının genişləndirilməsini müzakirə edir

Türkiyə Suriyada təhlükəsizlik zonalarının genişləndirilməsini müzakirə edir.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında bildirilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən toplantı 3 saat davam edib.

Görüşdən sonra yazılı bəyanat dərc olunub. Açıqlamada sərhəd təhlükəsizliyi üçün yeni əməliyyatların aparıla biləcəyi siqnalı verilib.

Bəyanatda deyilir ki, Türkiyə Silahlı Qüvvələri yeni antiterror əməliyyatları hazırlayır, onlar digər ölkələrin bütövlüyünə qarşı yönəlməyib.

Bundan yanaşı, açıqlamada qeyd edilir ki, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı Türkiyənin həssaslıqları nəzərə alınmalıdır. Terrora dəstək verərək beynəlxalq hüququ pozan ölkələrə bu münasibətə son qoyulması və Türkiyənin təhlükəsizlik həssaslığının nəzərə alınması çağırışı edilib.

Son xəbərlər

Orphus sistemi