Türkiyə Suriyada daha 2 hərbçisini itirib, 11 yaralı var

Türkiyə Suriyada daha 2 hərbçisini itirib, 11 yaralı var "Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu öldürülüb
Region
27 Yanvar , 2018 22:17
Türkiyə Suriyada daha 2 hərbçisini itirib, 11 yaralı var

Bakı. 27 yanvar. REPORT.AZ/ Türkiyə Suriyanın şimalında yerləşən Afrin şəhərində həyata keçirdiyi "Zeytun budağı" anti-terror əməliyyatı zamanı azı 2 hərbçisini itirib, daha 11 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahının bəyanatında deyilir.

"Yanvarın 27-də "Zeytun budağı" əməliyyatı çərçivəsində 447 terrorçu öldürülüb, Türkiyə Hərbi Hava Qüvvələrinin 22 təyyarəsi 42 hədəfi məhv edib. İki hərbçi, "Azad Suriya Ordusu"nun iki üzvü ölüb, daha 11 əsgər yaralanıb", - deyə sənəddə bildirilir.

Son xəbərlər

Orphus sistemi