Türkiyə son 5 ildə 30 mindən çox terrorçu zərərsizləşdirib

Türkiyə son 5 ildə 30 mindən çox terrorçu zərərsizləşdirib “Bu il ərzində 200-dən artıq anti-terror əməliyyatı keçirmişik”.
Region
349
30 Dekabr , 2020 12:01
Türkiyə son 5 ildə 30 mindən çox terrorçu zərərsizləşdirib
0 : 00
0 : 00

“Bu il ərzində 200-dən artıq anti-terror əməliyyatı keçirmişik”.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunlarından danışarkən bildirib.

“Anti-terror əməliyyatlar nəticəsində 3 min 646 terrorçu zərərsizləşdirilib. Bununla da 2015-ci il iyulun 24-dən etibarən keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 30 min 416 olub.

Biz İraq, Suriya başda olmaqla bütün qonşularımızın ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Heç kimi torpağında gözümüz yoxdur”, - H.Akar qeyd edib.

Son xəbərlər

Orphus sistemi