Türkiyə Silahlı Qüvvələri Suriyanın terrorçulardan təmizləyəcəyi növbəti şəhərinin adını açıqlayıb

Türkiyə Silahlı Qüvvələri Suriyanın terrorçulardan təmizləyəcəyi növbəti şəhərinin adını açıqlayıb Türkiyə hərbçiləri Suriya Azadlıq Ordusu ilə birgə Əl-Babın mərkəzinə doğru irəliləyir
Region
1 Fevral , 2017 13:58
Türkiyə Silahlı Qüvvələri Suriyanın terrorçulardan təmizləyəcəyi növbəti şəhərinin adını açıqlayıb

Bakı. 1 fevral. REPORT.AZ/ Suriyanın Əl-Bab şəhərində təhlükəsizliyi tam təmin etdikdən sonra Menbiçin terrorçulardan təmizlənməsi istiqamətində əməliyyat başlayacaq.

“Report” "Haber7"yə isinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Xəbərdə bildirilib ki, Türkiyə hərbçiləri “Fırat kalkanı” (“Fərat qalxanı”) hərəkatı çərçivəsində Suriya Azadlıq Ordusu ilə birgə Əl-Babın mərkəzinə doğru irəliləyir. Artıq terrorçu İŞİD qruplaşması Əl-Babın böyük hissəsinə nəzarəti itirərək Ghuz və Tuman kəndləri arasındakı 3 kvadrat kilometrlik ərazini əlində saxlayıb.

Qeyd edək ki, Menbiçə terrorçu PKK qruplaşmasının Suriyadakı qolları YPG və PYD nəzarət edir. Türkiyə hökuməti ABŞ-dan bu qruplaşmanın Menbiçdən çıxmasını şərt olaraq irəli sürüb. ABŞ rəsmiləri isə onların çıxacağını vəd etsələr də, YPG və PYD hələ də adıçəkilən ərazidə qalmaqdadır. Rəsmi Ankara bu terrorçu qruplaşmaların ABŞ tərəfindən dəstəkləndiyini dəfələrlə bəyan edib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

Son xəbərlər

Orphus sistemi