Bakı. 20 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri son həftə ərzində 20 terrorçunu zərərsizləşdirib.
“Report” İHA-ya istinadən xəbər verir ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti yayıb.
Antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşması üzvlərinin qaldıqları yerlərdən silah-sursat, partlayıcı maddələr, qumbara, tank əleyhinə qurğu aşkarlanaraq götürülüb.