Bakı. 29 avqust. REPORT.AZ/ Suriyada koalisiya qüvvələrinə dəstək vermək məqsədi ilə başlayan "Fırat Kalkanı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələri son 24 saat ərzində Cerablus və ətraf bölgədə terrorçulara aid 20 hədəfi top atəşi ilə vurub.
"Report"un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahından verilən yazılı açıqlamada bu il avqustun 24-də başlayan "Fırat Kalkanı" əməliyyatının Türkiyənin beynəlxalq hüquqdan qaynaqlanan hüquq və BMT Konvensiyasının 51-ci maddəsində təsbit edilən qanuni müdafiə haqqı ilə bu təşkilatın İŞİD ilə mübarizəyə qarşı verdiyi qərarlar çərçivəsində aparıldığı bildirilib.
Açıqlamada vurğulanır: "Türkiyə Silahlı Qüvvələri bölgədə yaşayan mülki əhalinin zərər görməməsi üçün hər cür tədbiri alır və bu mövzuda maksimum həssaslıq göstərir."