Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi amerikalı həmkarı ilə görüşəcək

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi amerikalı həmkarı ilə görüşəcək Hülusi Akar ABŞ-ın Avropadakı Hərbi Qüvvələrinin komandanı ordu generalı Kurtis M.Skaparotti ilə görüşüb
Region
16 Yanvar , 2018 12:12
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi amerikalı həmkarı ilə görüşəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hülusi Akar ABŞ-ın Baş Qərargah rəisi ordu generalı Cozef Danfortdla görüşəcək.

“Report” TRT-yə istinadən xəbər verir ki, görüş bu gün Brüseldə NATO-nun mənzil qərargahında olacaq. 

Generalların Suriyadakı vəziyyəti, Türkiyə Silahlı Qüvvələrinin Afrin bölgəsində keçirəcəyi antiterror əməliyyatlarını müzakirə edəcəkləri gözlənilir.

Məlumata görə, Hülusi Akar yanvarın 15-də ABŞ-ın Avropadakı Hərbi Qüvvələrinin komandanı ordu generalı Kurtis M.Skaparotti ilə görüşüb.

Xatırladaq ki, yanvaın 16-da Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv dövlətlərin Baş Qərargah rəislərinin toplantısı keçiriləcək.

ABŞ terrorçu PKK-nın Suriyadakı qolları PYD və YPG-dən ibarət 30 minlik “qoşun” qurmaq niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi