Türkiyə səfiri: “Qərb son 30 ildə regionda münaqişə zamanı harada idi?”

Türkiyə səfiri: “Qərb son 30 ildə regionda münaqişə zamanı harada idi?” “Qərb son 30 il ərzində regionda dondurulmuş adlandırdıqları münaqişə zamanı harada idi?”.
Region
13 Oktyabr , 2021 14:08
Türkiyə səfiri: “Qərb son 30 ildə regionda münaqişə zamanı harada idi?”
Fatma Ceren Yazqan

“Qərb son 30 il ərzində regionda dondurulmuş adlandırdıqları münaqişə zamanı harada idi?”

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Birinci kanalın efirində yayımlanan “Müstəqil baxış” proqramına müsahibəsində aparıcının Qərbin yeni regional əməkdaşlıq formatlarında yeri barədə sualına cavabında deyib.

“Bu, mənim region sakini kimi sualımdır. Lakin diplomat kimi mən anlayıram onlar harada olublar. Bunların hamısı onların maraqları ilə bağlıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, Qərb homogen deyil və hər şey bir aktora əsaslanmamalıdır”, - səfir söyləyib.

Xanım səfir Türkiyənin regionda Qərbi sıxışdırmaq cəhdləri ilə bağlı səsləndirilən fikirlərə “Xeyr, Türkiyə Qərbi bölgədən sıxışdırmağa çalışmır” deyə cavab verib.

Son xəbərlər

Orphus sistemi