Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi

Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidentinin təxribata münasibət bildirib
Region
18 Aprel , 2021 19:51
Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
Fatma Ceren Yazqan
0 : 00
0 : 00

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistan prezidenti Armen Sarkisyanın Tbilisiyə rəsmi səfəri çərçivəsində əl atdığı təxribata münasibət bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, diplomat tvitter hesabında Ağrı dağının Türkiyədə ən hündür dağ olduğunu yazıb.

F.C.Yazqan bu barədə məlumatı gürcü və erməni dillərində də əlavə edib: “Sadəcə əmin edirəm ki, faktlar karikaturistik diplomatiyada itmir”.

Qeyd edək ki, A.Sarkisyan Gürcüstanın prezident sarayının fəxri qonaqlar kitabında yazı ilə yanaşı Ağrı dağının konturları ilə rəsm də çəkib. Bu fakt Gürcüstan prezidenti Salome Zurabişvilinin həmin səhifənin fotoşəklini sosial şəbəkədə paylaşmasından sonra məlum olub.

Ermənistan prezidentinin bu hərəkəti Türkiyə ərazisinə iddia ilə yanaşı Gürcüstan-Türkiyə münasibətlərinə xələl gətirmək cəhdi kimi də qəbul olunub.

Son xəbərlər

Orphus sistemi