Türkiyə Rusiyaya xəbərdarlıq edib

Türkiyə Rusiyaya xəbərdarlıq edib Türkiyə Ukraynanın cənubundakı İzmail limanına gedən türk şirkətinə məxsus “Sukra Okan” yük gəmisinə xəbərdarlıq atəşi açılması ilə bağlı Rusiyaya xəbərdarlıq edib.
Region
17 Avqust , 2023 22:34
Türkiyə Rusiyaya xəbərdarlıq edib

Türkiyə Ukraynanın cənubundakı İzmail limanına gedən türk şirkətinə məxsus “Şükrü Okan” yük gəmisinə xəbərdarlıq atəşi açılması ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya şöbəsinin nəzdində yaradılan Dezinformasiya ilə Mübarizə Mərkəzinin məlumatında deyilir.

"Rusiyadakı həmkarlarımıza Qara dənizdə gərginliyi artıra biləcək bu cür cəhdlərdən çəkinmələri barədə xəbərdarlıq edilib", - məlumatda bildirilir.

Xatırladaq ki, avqustun 13-də Rusiya hərbi gəmisi Qara dənizdə Türkiyəyə məxsus “Şükrü Okan” yük gəmisini dayandırmağa məcbur etmək üçün ona xəbərdarlıq atəşi açıb. Bundan sonra rus hərbçiləri gəmiyə enərək axtarış aparıblar. Buna səbəb gəminin Ukrayna limanına üz tutması olub.

Ukrayna Xarici İşlər Nazirliyi hadisəni şərh edərək, Rusiyanı beynəlxalq hüququ kobud şəkildə pozmaqda ittiham edib. Ukrayna diplomatları Türkiyə ilə həmrəy olduqlarını bildiriblər və beynəlxalq ictimaiyyəti Rusiyanın Qara dənizdə gəmilərin dinc keçidinə mane olan hərəkətlərinin qarşısını almaq üçün qətiyyətli tədbirlər görməyə çağırıblar.

Son xəbərlər

Orphus sistemi