Türkiyə Rusiyadan ikinci S-400 alayını alır

Türkiyə Rusiyadan ikinci S-400 alayını alır Rusiya və Türkiyə arasımda S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.
Region
2198
23 Avqust , 2020 14:01
Türkiyə Rusiyadan ikinci S-400 alayını alır

Rusiya və Türkiyə arasında S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev deyib.

“Müqavilə imzalanıb, hazırda tərəfdaşlarımızla bu müqavilənin icrası üçün maliyyə məsələlərini müzakirə edirik” - deyə, o bildirib.

Bundan əvvəl, Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmayıl Dəmir bildirib ki, Rusiya və Türkiyə S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair prinsipial razılığa gəliblər.

Orphus sistemi