Türkiyə qırıcıları Suriyada terrorçuların 45 obyektini məhv edib

Türkiyə qırıcıları Suriyada terrorçuların 45 obyektini məhv edib Hava zərbələri "Zeytun budağı" əməliyyatı çərçivəsində endirilib
Region
21 Yanvar , 2018 22:30
Türkiyə qırıcıları Suriyada terrorçuların 45 obyektini məhv edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyanın Afrin şəhərində başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçuların 45 obyekti – yaraqlıların sığınacaqları, silah anbarları və atəş nöqtələri məhv edilib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə HHQ-nin Baş Qərargahının saytında dərc olunan məlumatda bildirilir.

Əməliyyata Türkiyə HHQ-nin 32 təyyarəsi cəlb olunub. Onlar qoyulan vəzifəni uğurla həyata keçirərək yerləşdikləri aerodromlara geri qayıdıblar.

Son xəbərlər

Orphus sistemi