Türkiyə əhalisinin sayı 82 milyonu ötüb

Region
  • 01 fevral, 2019
  • 07:50
Türkiyə əhalisinin sayı 82 milyonu ötüb
Anadolu

Bakı. 1 fevral. REPORT.AZ/ Türkiyə əhalisinin sayı 82 milyon 3 min 882 nəfərə çatıb. 

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika Təşkilatının “Ünvana əsaslanan əhalinin qeydəalınması sistemi 2018-ci ilin yekunları” adlı hesabatında bildirilib.

Türkiyə əhalisinin sayı 2017-ci illə müqayisədə 2018-ci ildə 1 milyon 193 min 357 nəfər artıb. 

Ölkədə kişilərin sayı 41 milyon 138 min 980 nəfər (50,2 faiz), qadınların sayı isə 40 milyon 863 min 902 nəfər (49,2 faiz) təşkil edib.