Ərdoğanın Rusiyaya səfər tarixi açıqlanıb

Ərdoğanın Rusiyaya səfər tarixi açıqlanıb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək.
Region
21 Sentyabr , 2021 17:33
Ərdoğanın Rusiyaya səfər tarixi açıqlanıb
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Prezidentinin Administrasiyası yayıb.

Səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bildirilib ki, prezidentlərin ikitərəfli əlaqələrin hazırkı vəziyyətini, beynəlxalq arenadakı gündəlik aktual məsələləri, o cümlədən Suriyadakı vəziyyəti müzakirə edəcəkləri gözlənilir.

Son xəbərlər

Orphus sistemi