​Türkiyə prezidenti ilə Ancelina Coli qaçqın düşərgəsinə birlikdə baş çəkəcək

​Türkiyə prezidenti ilə Ancelina Coli qaçqın düşərgəsinə birlikdə baş çəkəcək O, 2011-ci ildə Türkiyəyə gələndə onların sayı 10 min idi
Region
19 İyun , 2015 19:24
​Türkiyə prezidenti ilə Ancelina Coli qaçqın düşərgəsinə birlikdə baş çəkəcək

Bakı. 19 iyun. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin xoşməramlı səfiri, tanınmış aktrisa Ancelina Coli ilə Türkiyəyə sığınan suriyalı qaçqınların düşərgələrini ziyarət edəcəklər.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, iyunun 20-də R.T.Ərdoğan Mardində qaçqınlarla iftar açacaq. Həmin mərasimin qonağı isə BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Guterreşin çağırışı ilə ölkəyə gələn Ancelina Colidir.

Qeyd edək ki, A.Coli əvvəllər də Türkiyənin Suriya ilə sərhədindəki qaçqın düşərgələrində olub. O, 2011-ci ildə Türkiyəyə gələndə qaçqınların sayı 10 min idi. İndi isə suriyalı qaçqınların sayı 2 milyonu keçib. 

Son xəbərlər

Orphus sistemi