Türkiyə Prezidenti: "Bəşər Əsədlə görüşə bilərəm"

Türkiyə Prezidenti: "Bəşər Əsədlə görüşə bilərəm" “Suriya Prezidenti Bəşər Əsədlə görüşə bilərəm”.
Region
23 Noyabr , 2022 14:49
Türkiyə Prezidenti: Bəşər Əsədlə görüşə bilərəm

“Suriya Prezidenti Bəşər Əsədlə görüşə bilərəm”.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, siyasətdə inciklik olmaz: “Əgər uyğun şərtlər olarsa, lazımi addımlar atarıq”.

Qeyd edək ki, Hafiz Əsədin (1971-2000) hakimiyyəti illərində Suriyanın PKK terror qruplaşmasına verdiyi dəstəyə, xüsusi ilə qruplaşmasının rəhbəri Abdulla Öcalanın Suriyada gizlənməsinə görə rəsmi Ankara ilə Dəməşq arasında münasibətlər gərgin olub.

1998-ci ilin oktyabr ayında Suriya hökumətinin A.Öcalanı deportasiya etməsindən sonra iki ölkə arasında münasibətlər normallaşıb.

H.Əsədin ölümündən sonra oğlu Bəşər Əsədin hakimiyyətə gəlməsi ilə Ankara-Dəməşəq əlaqələri inkişaf edib.

Lakin Suriya vətəndaş müharibəsi ərzində Türkiyənin Azad Suriya Ordusuna dəstək verməsi səbəbilə (2011-ci il) iki ölkə arasındakı münasibətlər yenidən gərginləşib və diplomatik əlaqələr dayandırılıb.

2012-ci ilin iyun ayında Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-4" döyüş təyyarəsinin Suriya tərəfindən vurulmasından sonra rəsmi Ankara NATO-ya təcili toplanma çağırışı edib. Həmin ilin oktyabrında Suriyadan Türkiyə ərazisinə top mərmisi atılmasından sonra Türkiyə tərəfi Suriya ilə sərhəd boyunca "MIM-104 Patriot" hava hücumundan müdafiə sistemlərini yerləşdirib.

2013-cü ilin sentyabr ayında isə Suriya Silahlı Qüvvələrinə məxsus bir ədəd "Mi-17" helikopteri sərhədi keçdiyinə görə türk qırıcıları tərəfindən vurulub.

Son xəbərlər

Orphus sistemi