​Türkiyədə Prezident Sarayının adı dəyişdiriləcək

​Türkiyədə Prezident Sarayının adı dəyişdiriləcək Ərdoğan: "Qısa müddət sonra saray Prezident Külliyyəsi adlandırılacaq"
Region
323
16 Yanvar , 2015 20:13
​Türkiyədə Prezident Sarayının adı dəyişdiriləcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Türkiyədə Prezident Sarayının adı dəyişdiriləcək. "Report"un "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Gənc İşadamları Konfederasiyasının sədri və üzvləri ilə görüşü zamanı bildirib.

O deyib ki, qısa müddət sonra saray Prezident Külliyyəsi adlandırılacaq: "İnanıram ki, saray terminindən narahat olan şəxslər külliyyə sözündən rahatsız olmayacaqlar".

R.T.Ərdoğan deyib ki, hazırda Prezident Sarayının yanında böyük toplantı salonu, onun arxasında məscid tikilir, sağ tərəfində isə 2 min nəfərlik yemək salonu inşa etməyi planlaşdırırıq. Eyni zamanda, 24 saat xalqa açıq olacaq prezident kitabxanası yaratmağı nəzərdə tutmuşuq". 

Son xəbərlər

Orphus sistemi