TBMM komissiyası İsveçin NATO-ya üzvlük protokolunun müzakirələrini təxirə salıb - YENİLƏNİB

TBMM komissiyası İsveçin NATO-ya üzvlük protokolunun müzakirələrini təxirə salıb - YENİLƏNİB Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri İsveçin NATO-ya üzvlük məsələsinə baxmağa başlayıb.
Region
16 Noyabr , 2023 17:56
TBMM komissiyası İsveçin NATO-ya üzvlük protokolunun müzakirələrini təxirə salıb - YENİLƏNİB

Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən protokolun müzakirələrini təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb.

Qeyd olunub ki, TBMM-in xarici əlaqələr komissiyası bu barədə qərar verib.

15:18

Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri İsveçin NATO-ya üzvlük məsələsinə baxmağa başlayıb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Prosedura görə, İsveçin alyansa daxil olması ilə bağlı protokol əvvəlcə komitədə təsdiqlənməlidir, sonra məsələyə Türkiyə Böyük Millət Məclisində baxılacaq. Bundan sonra sənədi ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalamalıdır.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.

Son xəbərlər

Orphus sistemi