Türkiyə Ordusunun məhv etdiyi terrorçuların sayı 53-ə çatdı

Türkiyə Ordusunun məhv etdiyi terrorçuların sayı 53-ə çatdı Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında PKK-nın daha üç terrorçusunun məhv edildiyini bildirib
Region
14 Fevral , 2021 20:01
Türkiyə Ordusunun məhv etdiyi terrorçuların sayı 53-ə çatdı

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında PKK-nın daha üç terrorçusunun məhv edildiyini bildirib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Nazirliyin xəbərində qeyd olunur ki, terrorçular Qara ərazisində pilotsuz uçuş aparatı vasitəsilə zərərsizləşdirilib.

Beləliklə, Türkiyənin Silahlı Qüvvələrinin regionda keçirdiyi “Pençe Kartal-2” ("Qartal caynağı") əməliyyatı çərçivəsində məhv edilmiş terrorçuların sayı 53 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyə sərhədlərinin təhlükəsizliyin təmin olunmasına və daha əvvəl terrorçular tərəfindən oğurlanmış vətəndaşlarının axtarışlarına yönəldilmiş “Pençe Kartal-2” ("Qartal caynağı") əməliyyatı 2021-ci ilin 10 fevralında başlanmışdı.

Hərbi Hava Qüvvələrinin əməliyyatı çərçivəsində terrorçular tərəfindən sığınacaq və anbarlar kimi istifadə edilən 50-dən çox obyekt məhv edilib.

Son xəbərlər

Orphus sistemi