Türkiyə ordusunun İraqda zərərsizləşdirdiyi terrorçuların sayı 37-yə çatıb

Region
  • 27 aprel, 2021
  • 12:12
Türkiyə ordusunun İraqda zərərsizləşdirdiyi terrorçuların sayı 37-yə çatıb

Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalında terrorçuların gizləndiyi ərazilərə endirdiyi zərbələr nəticəsində PKK qruplaşmasının daha 3 terrorçusu məhv edilib.

“Report” xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, İraqın şimalındakı Metina və Avaşin Basyan bölgələrində keçirilən “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları nəticəsində zərərsizləşdirilən PKK terrorçularının sayı 37-yə çatıb.

Bölgədə aparılan axtarış-əməliyyat tədbirləri zamanı terrorçulara məxsus silah, sursat və partlayıcı qurğular aşkarlanaraq məhv edilib.

Xatırladaq ki, “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları aprelin 24-də başlayıb.