​Türkiyə ordusunun Baş Qərargah rəisi: "Terror bitənədək mübarizəmiz davam edəcək"

​Türkiyə ordusunun Baş Qərargah rəisi: "Terror bitənədək mübarizəmiz davam edəcək" Hulusi Akar: "İttifaqlar qurularkən verilən sözlər və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi də unudulmamalıdır"
Region
31 May , 2016 15:17
​Türkiyə ordusunun Baş Qərargah rəisi: Terror bitənədək mübarizəmiz davam edəcək

Bakı. 31 may. REPORT.AZ/ "Etnik və məzhəb ayrı-seçkiliyi etmədən, bütün vətəndaşlarımızın təhlükəsizliyi təmin olunanadək və terror bitənədək mübarizəmiz davam edəcək".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar deyib.

O bildirib ki, terrora qarşı mübarizəni fasiləsiz olaraq davam etdirəcəklər: "Türkiyə Silahlı Qüvvələri bölgədə və dünyada sülhün və sabitliyin qorunması üçün qurulan ittifaqlara dəstək verəcək. Ancaq bu ittifaqlar qurularkən verilən sözlər və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi də unudulmamalıdır". 

Son xəbərlər

Orphus sistemi