İraqda Türkiyə ordusunun 9 əsgəri şəhid olub, xeyli sayda terrorçu məhv edilib - YENİLƏNİB-3
- 12 yanvar, 2024
- 22:45
Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.
“Report”un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.
Bölgədə əməliyyatlar davam edir. Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.
Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.
Daha əvvəl bildirilirdi ki, terrorçuların hücumu zamanı 8 əsgər şəhid olub, 5 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.
2:18
Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 8 nəfərə çatıb.
“Report”un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 2 ağır yaralı hərbçi dünyasını dəyişib.
Bölgədə əməliyyatlar davam edir.
Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.
Daha əvvəl bildirilirdi ki, terrorçuların hücumu zamanı 6 əsgər şəhid olub, 2-si ağır olmaqla 7 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Türkiyə hərbçiləri 15 terrorçunu zərərsizləşdirib.
00:23
Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 6 nəfərə çatıb.
“Report”un xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, yaralı hərbçi dünyasını dəyişib.
Bölgədə əməliyyatlar davam edir.
Nazirlik həyatını itirən şəhidə Allahdan rəhmət diləyib, ailəsinə başsağlığı verib.
Daha əvvəl bildirilirdi ki, terrorçuların hücumu zamanı 5 əsgər şəhid olub, 3-ü ağır olmaqla 8 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya göndərilib. Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib.
12.01.2024. 23:08
Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında keçirdiyi “Pence-Kilit” əməliyyatı bölgəsində 5 əsgərin şəhid olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilir ki, hücum zamanı 3-ü ağır olmaqla 8 hərbçi yaralanıb.
“12 yanvar 2024-cü il tarixində "Pence-Kilit” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla başlayan atışmada 5 qəhrəman əsgərimiz şəhid olub, 3-ü ağır olmaqla 8 qəhrəmanımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb.
İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, - nazirlikdən bildirilib.
Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralılara şəfa arzulayıb.