Türkiyə ordusuna daha bir "ATAK" helikopteri təhvil verilib

Türkiyə ordusuna daha bir "ATAK" helikopteri təhvil verilib Türkiyə Quru Qoşunları “T129 ATAK” helikopterini təhvil alıb.
Region
22 İyun , 2021 16:40
Türkiyə ordusuna daha bir ATAK helikopteri təhvil verilib

Türkiyə Quru Qoşunları “T129 ATAK” helikopterini təhvil alıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Sənayesi Nazirliyi tivitter səhifəsində “Göy üzündə nəfərlərimiz çoxalır” başlığı altında yayıb.

“T129 ATAK” Türkiyənin Aviasiya və Kosmik Sənayesi tərəfindən istehsal edib. Silahlı Qüvvələrin hücum helikopterlərinə ehtiyacını ödəmək məqsədilə Türkiyəyə məxsus milli imkanlardan istifadə olunaraq inkişaf etdirilib.

“ATAK” tamamilə yerli imkanlarla istehsal edilən silah və güc sistemlərinə malik olması ilə də diqqəti çəkir.

Qeyd edək ki, 57 “T129 ATAK” helikopteri istehsal olunub. İlk dəfə 2009-cu ildə silah arsenalına daixl edilib. Azərbaycan və Pakistan Silahlı qüvvələri də “T129 ATAK” helikopterinə sahibdir.

Son xəbərlər

Orphus sistemi