Türkiyə ordusu TOGAN kvadrokopterləri ilə təchiz olunub

Türkiyə ordusu TOGAN kvadrokopterləri ilə təchiz olunub Türkiyə ordusu ölkənin “Defence Technologies Engineering and Trade Inc” şirkəti tərəfindən hazırlanmış TOGAN kvadrokopterlərini alıb.
Region
12 Avqust , 2022 00:34
Türkiyə ordusu TOGAN kvadrokopterləri ilə təchiz olunub

Türkiyə ordusu ölkənin “Defence Technologies Engineering and Trade Inc” şirkəti tərəfindən hazırlanmış TOGAN kvadrokopterlərini alıb.

Bu barədə “Report” TRT telekanalının saytına istinadən xəbər verir.

Pilotsuz uçuş aparatı təxminən 1 metr diametrə malikdir və atəşin tənzimlənməsi, kəşfiyyat və müşahidə funksiyalarını yerinə yetirə bilir. O, 45 dəqiqə havada qala bilir və buraxılış yerindən 10 km-ə qədər məsafəni qət edə bilir.

TOGAN 30x böyütmə qabiliyyətinə malik infraqırmızı kamera ilə təchiz olunub. Kompüter görmə sistemi platformaya hərəkət edən hədəfləri avtonom şəkildə izləməyə imkan verir.

Batareya az olduqda, dron missiyanı başqa cihaza ötürür və bazaya qayıdır. Beləliklə, obyektlərin davamlı monitorinqini təşkil etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi