Türkiyə ordusu Suriyada dörd terrorçu öldürüb, silah-sursat və maddi sübutlar ələ keçirilib

Türkiyə ordusu Suriyada dörd terrorçu öldürüb, silah-sursat və maddi sübutlar ələ keçirilib Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.
Region
4 Oktyabr , 2024 17:06
Türkiyə ordusu Suriyada dörd terrorçu öldürüb, silah-sursat və maddi sübutlar ələ keçirilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində 4 PKK/YPG terrorçusu öldürülüb.

Başqa bir məlumata görə isə “Pənçə- Kilit” əməliyyat bölgəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çoxlu sayda silah-sursat və maddi sübutlar ələ keçirilib.

Onların arasında 8 əl bombası, 7 107 millimetrlik ÇNRA roketi, 1 AT-4 tank əleyhinə döyüş sursatı, 2 “Konkurs” tank əleyhinə sursat, 3 81 millimetrlik minaatan, 5 M-4 piyada tüfəngi, 1 M-16 piyada tüfəngi, 2 Ak-47 avtomatı, 4 “Qlock” markalı tapança, 2 “Beretta” markalı tapança, 11 tapança darağı, 46 RPG-7 tank əleyhinə sursat, 60 9 millimetrlik tapança patronu, 2 notbuk, 1 planşet, 3 səs yazan, 1 power bank, 8 mobil telefon, 5 kamera, 12 yaddaş kartı, 4 fləşkart, 1 radio, 2 WİFİ cihazı, 5 günəş batareyası, 1 tikiş maşını, həmçinin 1000 dollar, 203.000 İraq dinarı və müxtəlif sənədlər var.

Son xəbərlər

Orphus sistemi