Türkiyə Ordusu son üç gündə 35 terrorçunu zərərsizləşdirib

Region
  • 22 mart, 2021
  • 07:52
Türkiyə Ordusu son üç gündə 35 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələrinin nəzarət etdiyi Suriyanın şimalındakı "Barış Pınarı" əməliyyatı bölgəsində xüsusi təyinatlılar tərəfindən 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Beləliklə, "Barış Pınarı" əməliyyatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinin zərərsizləşdirdiyi PKK/YPG terrorçusu sayı 35-ə yüksəlib.