Türkiyə ordusu PKK-nın 3 terrorçusunu zərərsizləşdirib

Region
  • 06 noyabr, 2021
  • 15:21
Türkiyə ordusu PKK-nın 3 terrorçusunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqda PKK terrorçularına qarşı növbəti əməliyyat keçirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İraqın şimalındakı Haftanin bölgəsində həyata keçirilən əməliyyatda daha 3 terrorçu zərərsizləşdirilib.

Terrorçulara qarşı əməliyyatlar davam edir.

44 - Tezliklə