İraqda 14 terrorçu zərərsizləşdirilib

İraqda 14 terrorçu zərərsizləşdirilib Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 14 silahlısını zərərsizləşdirib.
Region
2 İyun , 2022 06:17
İraqda 14 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 14 silahlısını zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi