Türkiyə 8 ayda Suriyada minə yaxın terrorçunu zərərsizləşdirib

Türkiyə 8 ayda Suriyada minə yaxın terrorçunu zərərsizləşdirib Suriya üzrə Soçi razılaşmasının imzalandığı 22 oktyabr 2019-cu ildən bugünkü günə qədər PKK-nın Suriya qolu olan YPG-nin Sülh çeşməsi əməliyyatının keçirilməsi zonasına girməyə çalışmış 998 terrorçusu Türkiyə hərbçiləri tərəfindən zərərsizləşdirilib.
Region
24 İyun , 2020 07:41
Türkiyə 8 ayda Suriyada minə yaxın terrorçunu zərərsizləşdirib

Suriya üzrə Soçi razılaşmasının imzalandığı 22 oktyabr 2019-cu ildən bugünkü günə qədər PKK-nın Suriya qolu olan YPG-nin "Sülh çeşməsi" əməliyyatının keçirilməsi zonasına girməyə çalışmış 998 terrorçusu Türkiyə hərbçiləri tərəfindən zərərsizləşdirilib.

“Report””Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdə həmçinin diqqəti Tall-Rıfat ərazisindən Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı iki əməliyyatının keçirilməsi zonasına olan təhdidə cəlb ediblər. Qeyd edilir ki, Tall-Rıfat ərazisindən təchiz olunan PKK/YPG terrorçuları “Fərat qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatı zonalarını bir ay ərzində 62 dəfə atəş açıb.

Nazirliyin məlumatına görə, terror qruplaşmasının həmin zonaya atəş açan 10 silahlısı zərərsizləşdirilib. 

Son xəbərlər

Orphus sistemi