Bakı. 20 aprel. REPORT.AZ/ Türkiyənin Şırnak bölgəsində keçirilən anti-terror əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının 26 üzvü məhv edilib.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Zərərsizləşdirilənlər arasında terrorçu PKK-nın “Bestler-Dereler Cəbhəsi”ndəki məsul şəxsi, İran əsilli “SORO” kod adlı terrorçu da var.
![](https://static.report.az/photo/03e2a17a-1b13-401b-b9f7-d900bffb2bb0_300.jpg)