Türkiyə ölkə xaricində növbəti hərbi bazanı yaradır

Türkiyə ölkə xaricində növbəti hərbi bazanı yaradır Türkiyə Somalidə hərbi təlim bazası quracaq
Region
18 Yanvar , 2016 23:50
Türkiyə ölkə xaricində növbəti hərbi bazanı yaradır

Bakı. 18 yanvar. REPORT.AZ/ Ötən ilin noyabr ayında Qətərdə hərbi baza yaradan Türkiyə xaricdəki hərbi bazaların sayını ikiyə çıxarmağa hazırlaşır.

"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, Türkiyə Parlamentinin Müdafiə Komissiyasında Somali ilə Müdafiə Sənayesi Sahəsində Əməkdaşlıq Müqaviləsi müzakirəyə çıxarılıb. Sözü gedən müqaviləyə əsasən, Türkiyə Somali ərazisində hərbi təlim bazası yaradacaq. 

Yeni bazada Türkiyədən göndərilən 200 ekspert 10 min yerli hərbçiyə təlim keçəcək.

Məsələnin təfərruatlarını müzakirə etmək məqsədi ilə Türkiyədən Somaliyə 20 nəfərdən ibarət heyət də yollanıb. 

Son xəbərlər

Orphus sistemi