ABŞ-ın müdafiə naziri: "Türkiyə Mosul əməliyyatında mütləq iştirak etməlidir"
Region
- 21 oktyabr, 2016
- 10:04
Bakı. 21 oktyabr. REPORT.AZ/ "Türkiyə Mosul əməliyyatında mütləq iştirak etməlidir".
"Report" NTV-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Eşton Karter Türkiyə Böyük Millət Məclisini (TBMM) ziyarəti zamanı bildirib.
Məlumata görə,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Eşton Karterin görüşü 30 dəqiqə davam edib. Onun Baş nazir Binəli Yıldırım və müdafiə naziri Fikri Işıkla görüşdüyü də qeyd olunub. Görüşlər bağlı qapılar arxasında keçirilib.
Xəbərdə bildirilib ki, Eşton Karter İraqın Mosul əyalətinin terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatında Türkiyənin də iştirakının vacibliyini söyləyib.
Qeyd edək ki, Pentaqon başçısı bölgədəki vəziyyəti müzakirə etmək məqsədi ilə oktyabrın 21-də Türkiyəyə səfər edib.
Son xəbərlər
09:30
Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
Energetika09:25
Premyer Liqa: Təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu bu gün keçiriləcək
Futbol09:23
Foto
Video
Bakıda ərzaq məhsullarının topdansatış mağazasının fəaliyyəti dayandırılıb
Hadisə09:22
Mərkəzi Nəbatat Bağı auditor seçir
Maliyyə09:21
ABŞ Dövlət Departamentinin nümayəndələri mayda Gürcüstana səfər edəcək
Region09:19
Nəriman Axundzadə "Kolambus Kryu"nun heyətində ABŞ Kuboku oyununda iştirak edib
Futbol09:11
"Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq
Fərdi09:09
Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə09:07