Türkiyə Mərkəzi Bankı bu həftə uçot dərəcəsi haqqında qərarını açıqlayacaq

Türkiyə Mərkəzi Bankı bu həftə uçot dərəcəsi haqqında qərarını açıqlayacaq Türkiyə Mərkəzi Bankının (TCMB) bu həftə keçiriləcək iclası zamanı uçot dərəcəsinin artırılmayacağı gözlənilir.
Region
17 Yanvar , 2022 12:23
Türkiyə Mərkəzi Bankı bu həftə uçot dərəcəsi haqqında qərarını açıqlayacaq

Türkiyə Mərkəzi Bankının (TCMB) bu həftə keçiriləcək iclası zamanı uçot dərəcəsinin artırılmayacağı gözlənilir.

“Report” xəbər verir ki, bu barədə yerli NTV telekanalı məlumat yayıb.

Xatırladaq ki, ötən ilin dekabr ayında uçot dərəcəsi 100 baza bəndi aşağı salınıb və ya 15%-dən 14%-ə endirilib.

Dekabr ayında bank bəyan etmişdi ki, görülən tədbirlərin nəticəsi 2022-ci ilin birinci rübündə ciddi izləniləcək. İqtisadçılar isə ölkədə infilyasiyanın 36%, mənfi real faiz dərəcəsinin isə 20%-dən çox olduğuna diqqəti yönəldirlər.

Qeyd edək ki, milli valyutanın məzənnəsinin düşməsi səbəbindən arxada qalan il ərzində ölkənin maliyyə sistemi çətinliklər yaşayıb. Belə ki, TCMB-nin uçot dərəcəsini bir neçə dəfə endirməsindən sonra milli valyuta kəsin şəkildə dəyər itirib: ilin əvvəli 7,4 lirəyə mübadilə olunan 1 ABŞ dolları dekabrın 20-də rekord 18,4 lirə səviyyəsinə çatıb. Bir çox ekspert bunun ölkədə işsizliyin kəskin artmasına səbəb ola biləcəyindən narahatlıqlarını ifadə edib.

Son xəbərlər

Orphus sistemi