Türkiyə Konstitusiya Məhkəməsinin keçmiş sədri 90 yaşında vəfat edib

Türkiyə Konstitusiya Məhkəməsinin keçmiş sədri 90 yaşında vəfat edib Nesdet Darıcıoğlu hərbi məhkəmədə müxtəlif vəzifələrdə çalışıb
Region
14 Sentyabr , 2016 17:40
Türkiyə Konstitusiya Məhkəməsinin keçmiş sədri 90 yaşında vəfat edib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Türkiyə Konstitusiya Məhkəməsinin keçmiş sədri Nesdet Darıcıoğlu 90 yaşında vəfat edib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, 3 ay əvvəl avtomobil qəzasına düşüb. Qəzada xəsarət alan N.Darıcıoğlu xəstəxanada müalicə olunurdu. 

N.Darıcıoğlu 1926-cı il mayın 4-də Türkiyəni Antalya şəhərtində anadan olub. Milli Müdafiə Nazirliyinin hərbi məktəbində oxuyub. 1949-cu ildə Ankara Unversitetinin Hüquq fakültəsini bitirib. Sonrakı illərdə hərbi məhkəmədə müxtəlif vəzifələrdə çalşıb. Türkiyə prezidenti tərəfindən 1977-ci ildə Konstitusiya Məhkəməsinə üzv təyin edilib. 1990-cı il martın 2-dən 1991-ci il mayın 4-dək Konstitusiya Məhkəməsinin sədri olub. Elə həmin tarixdən təqaüdə çıxıb.

Son xəbərlər

Orphus sistemi