Türkiyə-İran sərhədində partlayış olub, 5 hərbçi yaralanıb

Türkiyə-İran sərhədində partlayış olub, 5 hərbçi yaralanıb Bakı. 11 sentyabr. REPORT.AZ/ Türkiyə-İran sərhədində partlayış törədilib.
Region
11 Sentyabr , 2018 13:49
Türkiyə-İran sərhədində partlayış olub, 5 hərbçi yaralanıb
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ Türkiyə-İran sərhədində partlayış törədilib. 

“Report” DHA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 11-də Türkiyənin İğdır əyalətinin Aralıq rayonunda, Ağrı dağının ətəklərində qeydə alınıb.

Belə ki, hərbçilər avtomobillə iki ölkə arasındakı sərhəd divarı xəttində yoxlama apararkən əldəqayırma qurğu işə düşüb. Nəticədə Türkiyənin 5 hərbçisi yaralanıb.

Avtomobildəki hərbçilər müxtəlif dərəcədə yaralanıblar. Onların həyatı üçün təhlükənin olmadığı da bildirilib. 

Hadisə yerində əməliyyat keçirilir, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi