Türkiyənin keçmiş Baş naziri xərçəngə tutulub

Türkiyənin keçmiş Baş naziri xərçəngə tutulub Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz ağciyər xərçəngindən cərrahiyyə əməliyyatı olunub.
Region
11 Mart , 2019 10:57
Türkiyənin keçmiş Baş naziri xərçəngə tutulub

Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz ağciyər xərçəngindən cərrahiyyə əməliyyatı olunub.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, xəstəxanadan evə buraxılan 72 yaşlı sabiq hökumət başçısı hazırda kimyəvi terapiya müalicəsi alır.

O bildirib ki, bu ilin yanvarında ağ ciyərində xərçəng şişi aşkarlanıb: “Yanvarın 23-də uğurlu cərrahiyə əməliyyat olundum. Hazırda kimyəvi terapiya müalicəsi alıram. Qrip virusu və infeksiya təhlükəsinə görə görüşlərim məhdudlaşdırılıb. Müalicə normal qaydada davam edir”.

Qeyd edək ki, Ahmet Məsud Yılmaz 1947-ci il noyabrın 6-da İstanbulda anadan olub. 1987-1990-cı illərdə Türkiyənin xarici işlər naziri olub. 1991-ci il iyunun 23-dən 1991-ci il noyabrın 20-dək Türkiyənin 28-ci, 1996-cı il martın 6-dan həmin il iyunun 28-dək 31-ci, 1997-ci il iyunun 30-dan 1999-cu il yanvarın 11-dək 33-cü hökumətin başçısı olub.

1983-2007-ci illərdə Ana Vətən Partiyasının, 2009-2011-ci illərdə isə Demokrat Partiyasında siyasi fəaliyyət göstərib, bu siyasi təşkilatlara rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi