Türkiyənin 4 hərbçisi şəhid olub - YENİLƏNİB

Türkiyənin 4 hərbçisi şəhid olub - YENİLƏNİB Türkiyəli Silahlı Qüvvələrinin hərbçisi – çavuş Emre Ceylan şəhid olub
Region
9 Dekabr , 2021 16:27
Türkiyənin 4 hərbçisi şəhid olub - YENİLƏNİB

İraqın şimalındakı “Pəncə-İldırım” əməliyyat bölgəsində PKK terror qruplaşmasının hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Türkiyə ordusu terrorçuların hücumunu cavabsız qoymayıb. Hava zərbələri ilə 6 terrorçu zərərsizləşdirilib.

Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.

15:23

Suriyada xidmət edən Türkiyə Silahlı Qüvvələrinin hərbçisi, çavuş Emre Ceylan şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Mətbuat yazıb ki, 28 yaşlı hərbçi Suriyanın “Bahar Qalxanı” bölgəsindən əməliyyatdan qayıdarkən uçurumdan yıxılaraq yaralanıb. Türkiyənin Hatay şəhərindəki xəstəxanaya yerləşdirilən E.Ceylanın həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi