İraqda daha bir türk əsgəri şəhid olub - YENİLƏNİB

İraqda daha bir türk əsgəri şəhid olub - YENİLƏNİB Noyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin uzman çavuşu Halil Yıldız şəhid olub
Region
6 Noyabr , 2022 11:25
İraqda daha bir türk əsgəri şəhid olub - YENİLƏNİB

İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında daha bir türk hərbçisi şəhid olub.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat zonasında terrorçular tərəfindən basdırılan minanın detonasiyası nəticəsində yaralanan əsgər Fırat Günerin bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, “Pence Kilit” əməliyyat zonasında terrorçular tərəfindən basdırılan minanın detonasiyası nəticəsində 2 hərbçi yaralanıb. Türkiyə Silahlı Qüvvələrinin uzman çavuşu Halil Yıldız həyatını itirib.

06:07

Noyabrın 5-də Türkiyə Silahlı Qüvvələrinin uzman çavuşu Halil Yıldız şəhid olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın şimalında həyata keçirilən “Pence Kilit” əməliyyat zonasında terrorçular tərəfindən basdırılan minanın detonasiyası nəticəsində 2 hərbçi yaralanaraq xəstəxanaya qaldırılıb. Lakin həkimlərin bütün müdaxilələrinə baxmayaraq, H.Yıldızın həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi