Türkiyə hərbçilərinə qarşı Əl-Babda müqavimət göstərən terrorçuların başçısının kimliyi açıqlanıb

Türkiyə hərbçilərinə qarşı Əl-Babda müqavimət göstərən terrorçuların başçısının kimliyi açıqlanıb O, Dövlət Departamentinin hərbi məşq proqramlarında iştirak edib
Region
18 Yanvar , 2017 16:20
Türkiyə hərbçilərinə qarşı Əl-Babda müqavimət göstərən terrorçuların başçısının kimliyi açıqlanıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Suriyanın Əl-Bab şəhərində terrorçu İŞİD qruplaşmasına Tacikistan daxili işlər nazirinin keçmiş müavini, Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinin (XTMD) komandiri, polkovnik Gülmurad Halimov (Əbu Ömər Halimov) başçılıq edir.

“Report” "Milliyet"ə istinadən xəbər verir ki, o, ötən ilin iyununda koalisiya qüvvələri tərəfindən zərərsizləşdirilən Əbu Ömər əl-Şişanini (Tarxan Batiraşvili və ya çeçen Ömər) əvəzləmişdi.

Məlumata görə, Gülmurad Halimov ABŞ-ın təlim verdiyi silahlılardandır. O, 1975-ci ildə Tacikistanda anadan olub. 1997-ci ildə XTMD-nin sıralarına qoşulan Gülmurad Halimov Orta Asiyada baş verən “rəngli inqilablar” zamanı bu dəstədə təmsil olunub.

Xəbərdə bildirilib ki, G.Halimov Rusiyada hərbi hazırlıq deyil, təcrübə keçib. Amma ABŞ-da təlim görüb. O, Dövlət Departamentinin hərbi məşq proqramlarında iştirak edib. Qurumun məlumatına görə, G.Halimov həmin kurslarda terror aktlarının qarşısını almağı və dəf edilməsini öyrənib. O, ABŞ-da üç dəfə səfərdə olduğunu, eləcə də "Blackwater" xüsusi müəssisəsində hərbi təlim keçdiyini etiraf edib. G.Halimov snayperdir. O, 2015-ci il sentyabrın 29-da ABŞ Dövlət Departamenti, 2016-cı ilin fevralında isə BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu olaraq tanınıb və ona qarşı sanksiya tətbiq edilib. 2016-cı ilin avqustunda “Ədalət uğrunda mükafat proqramı” çərçivəsində Dövlət Departamenti Gülmurad Halimovun ölüsünə və ya dirisinə 3 milyon dollar mükafat təyin edib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu Əl-Babın İŞİD terrorçularından təmizlənməsi istiqamətində döyüşür. 

Son xəbərlər

Orphus sistemi