Türkiyə hərbçilərinə atəş açan terrorçular zərərsizləşdirilib

Türkiyə hərbçilərinə atəş açan terrorçular zərərsizləşdirilib Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Zap və Avaşin-Basyan rayonlarında PKK terror təşkilatının mövqelərinə zərbələr endiriblər.
Region
5 İyun , 2021 05:18
Türkiyə hərbçilərinə atəş açan terrorçular zərərsizləşdirilib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Zap və Avaşin-Basyan rayonlarında PKK terror təşkilatının mövqelərinə zərbələr endiriblər.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib.

Bununla yanaşı, Türkiyə ordusunun İraqın şimalında keçirdiyi “Pençe-Şimşek” əməliyyatı zamanı daha 2 terrorçu zərərsizləşdirilib. Qeyd edilir ki, terrorçular Türkiyə Hərbi Qüvvələrinin mövqelərinə atəş açıblar. Onlar cavab atəşi ilə zərərsizləşdiriliblər.

Qeyd edək ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə terror aktları həyata keçirirlər.

Son xəbərlər

Orphus sistemi