Türkiyə əhalisinin sayı açıqlanıb

Türkiyə əhalisinin sayı açıqlanıb Əhalinin sayı 2015-ci illə müqayisədə 1 milyon 73 min 818 nəfər artıb
Region
31 Yanvar , 2017 11:39
Türkiyə əhalisinin sayı açıqlanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Ötən il dekabrın 31-nə olan məlumata görə, Türkiyə əhalisinin sayı 79 milyon 814 min 871 nəfərə çatıb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Statistika İdarəsi açıqlayıb.

İnformasiyaya əsasən, ölkə əhalisinin sayı 2015-ci illə müqayisədə 1 milyon 73 min 818 nəfər artıb. Türkiyədə kişilərin sayı 40 milyon 43 min 650, qadınları sayı isə 39 milyon 771 min 221 nəfərdir. Ölkə əhalisinin 50,2 faizi kişilərdən, 49,8 faizi isə qadınlardan ibarətdir.

Məlumatda bildirilib ki, 2015-ci ildə Türkiyə üzrə orta yaş göstəricisi 31, 2016-cı ildə isə 31,4 olub. 

Son xəbərlər

Orphus sistemi