Türkiyə əhalisinin sayı açıqlanıb

Türkiyə əhalisinin sayı açıqlanıb Türkiyə əhalisinin 51,3 faizinin kişilər, 48,7 faizini qadınlar təşkil edir
Region
17 May , 2021 11:53
Türkiyə əhalisinin sayı açıqlanıb

Türkiyədə əhalinin sayı 83 milyon 614 min 362 nəfərə yüksəlib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu, əhalinin qeydiyyatda olduğu ünvana əsasən əldə olunan nəticədən məlum olub.

Bildirilib ki, 2020-ci ilin sonuna olan məlumata görə, 15-24 yaş qrupundakı gənc əhalinin sayı 12 milyon 893 750 nəfər, yaxud ümumi əhalinnin sayının 15,4 faizi olub. Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin sonuna olan məlumata görə, bu yaş qrupuna aid gənclərin sayı 12 milyon 955 min 672 nəfər olub, yaxud ümumi əhalinin 15,6 faizini təşkil edib. 2020-ci ildə gənc əhalinin 31,3 faizini 20-22 yaş qrupuna aid olub.

Hesablamaya əsasən, Türkiyə əhalisinin 51,3 faizinin kişilər, 48,7 faizini qadınlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi