Rəcəb Tayyib Ərdoğanın ölkə reytinqi açıqlanıb

Rəcəb Tayyib Ərdoğanın ölkə reytinqi açıqlanıb Türkiyənin “Metropoll” şirkəti cari ilin yanvarında prezident Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
Region
3 Fevral , 2020 17:55
Rəcəb Tayyib Ərdoğanın ölkə reytinqi açıqlanıb

Türkiyənin “Metropoll” şirkəti cari ilin yanvarında prezident Rəcəb Tayyib Ərdoğanın fəaliyyəti ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, respondentlərin 41,9 faizi “Ümumilikdə Rəcəb Tayyib Ərdoğanın prezidentlik fəaliyyətini dəstəkləyirsinizmi?” sualına müsbət cavab verib.

Eyni zamanda rəyi soruşulanların 46 faizi ölkə başçısının fəaliyyətindən razı qaldığını bildirib, 12,1 faiz isə sualı cavabsız qoyub.

Xatırladaq ki, 2018-ci ildəki son prezident seçkilərində R.T.Ərdoğan 52 faiz, onun əsas rəqibi Muharrem İnce isə 30 faiz səs toplayıb.

Son xəbərlər

Orphus sistemi