Bakı. 30 noyabr. REPORT.AZ/ Ankaranın Gölbaşı rayonunda Türkiyə, Əfqanıstan və Pakistana məxsus xüsusi təyinatlı birliklər birgə təlim keçiriblər.
"Report"-un TRT-yə istinadən xəbərinə görə, təlimə Türkiyə tərəfindən hərbi aviasiya da cəlb olunub.
Təlimin senariyasına əsasən, terrorçuların ələ keçirdikləri evdə saxlanılan girovlar xüsusi əməliyyat nəticəsində xilas edilir.
İkinci mərhələdə isə zəlzələ zamanı dağıntılar altında qalan bir yeniyetməni xilas etmək üçün Türkiyə, Əfqanıstan və Pakistanın axtarış xilasetmə qrupları səfərbər olurlar.
Təlim uğurla başa çatib.