Türkiyə DİN: Avqustda PKK-nın 90-a yaxın terrorçusu zərərsizləşdirilib

Türkiyə DİN: Avqustda PKK-nın 90-a yaxın terrorçusu zərərsizləşdirilib 2022-ci ilin avqust ayında PKK terror təşkilatının 90-a yaxın üzvü zərərsizləşdirilib.
Region
3 Sentyabr , 2022 19:48
Türkiyə DİN: Avqustda PKK-nın 90-a yaxın terrorçusu zərərsizləşdirilib

2022-ci ilin avqust ayında PKK terror təşkilatının 90-a yaxın üzvü zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə daxili İşlər nazirinin müavini, nazirliyin mətbuat katibi İsmail Çataklı bildirib.

Çataklı qeyd edib ki, avqustda PKK-ya qarşı ümumilikdə 12 563 əməliyyat keçirilib. Əməliyyatlarda 16 nəfər terrorçu öldürülüb, 60-ı diri ələ keçirilib, 14-ü isə təslim olub.

Həmçinin təşkilata kömək etməkdə şübhəli bilinən 1 371 nəfər saxlanılıb ki, onlardan da 593-ü PKK üzvüdür.

Avqust əməliyyatları zamanı 106 bunker, sığınacaq və mağara yararsız hala salınıb.

Son xəbərlər

Orphus sistemi