Türkiyə baş nazirinin Rusiyaya səfərinin vaxtı açıqlanıb - ƏLAVƏ OLUNUB

Türkiyə baş nazirinin Rusiyaya səfərinin vaxtı açıqlanıb - ƏLAVƏ OLUNUB Bu, Binəli Yıldırımın may ayında baş nazir təyin edilməsindən sonra Rusiyaya ilk səfəri olacaq
Region
15 Noyabr , 2016 14:47
Türkiyə baş nazirinin Rusiyaya səfərinin vaxtı açıqlanıb - ƏLAVƏ OLUNUB

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyənin Baş naziri Binəli Yıldırım bu il dekabrın 5-6-da Rusiyaya rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Türkiyə hökumətindəki mənbə bildirib. 

Ümumiyyətlə, bu, Binəli Yıldırımın may ayında baş nazir təyin edilməsindən sonra Rusiyaya ilk səfəri olacaq.

"Hürriyet" qəzetinin yazdığına görə, Rusiya baş nazir Dmitri Medvedevlə görüşündə B.Yıldırımın iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımları müzakirə edəcəyi gözlənilir.

Nəşrin verdiyi məlumatda gündəmdəki müzakirə mövzularına Rusiya və Türkiyə arasında ticarətdə milli valyutaya keçid, azad ticarət zonasının yaradılması, eləcə də turizmin inkişafı daxildir. Qəzet yazır ki, iki ölkənin baş nazirləri Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı mübarizədə Rusiya-Türkiyənin əməkdaşlığını da müzakirə edə bilər.

Son xəbərlər

Orphus sistemi